Xəbərə video əlavə olunub
***
Azərbaycanın sabiq Baş prokuroru Zakir Qaralov illər sonra görünüb.
Lent.az xəbər verir ki, Zakir Qaralov keçmiş müavini Rüstəm Usubov və sabiq mətbuat katibi Eldar Sultanovla birgə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edərkən əməkdaşımızın obyektivinə tuş gəlib.
Əməkdaşımız Zakir Qaralovla qısa söhbət edib. O deyib ki, bu günlər xalqımız Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli lideri Heydər Əliyevin vəfatının ildönümü ilə əlaqədar onun əziz və unudulmaz xatirəsini hörmət və dərin ehtiramla yad edir: "Ulu öndər Heydər Əliyevin ruhu bu gün şaddır. Şaddır ona görə ki, Rəşadətli Ordumuzun şücaəti, şəhidlərimizin, qazilərimizin həyatı, qanı, sağlamlıqları bahasına, Möhtərəm Prezidentimiz, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin gərgin əməyi, titanik fəaliyyəti və həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində torpaqlarımız işğaldan azad olmuş, ölkəmizin ərazi bütövlüyü təmin edilmişdir”.
Qeyd edək ki, Zakir Qaralov 2000-ci ildən 2020-ci ilədək Azərbaycanın Baş prokuroru olub.
Vəzifədən gedəndən sonra o, ilk dəfə idi ki, ictimaiyyət arasında görünürdü.
Onu da qeyd edək ki, Zakir Qaralovdan sonra Azərbaycanın Baş prokuroru postunu Kamran Əliyev tutur.
_1765357468.jpeg)

_1765357522.jpeg)
_1765353554.jpeg)

_1765353592.jpeg)
