ABŞ Senatında demokrat senatorlar Ceff Merkli və Ketrin Kortez Masto yaşayan prezidentlərin şəkillərinin əskinas və sikkələrdə istifadəsini qadağan edən qanun layihəsi təqdim ediblər.
Lent.az xəbər verir ki, cəmi bir səhifəlik layihə həyatda olan və ya hazırkı prezidentin şəklini daşıyan ABŞ valyutasının buraxılmasını qadağan edir.
Sənəd, ABŞ-ın 250 illiyi üçün planlaşdırılan və Donald Trampın təsviri olan bir dollarlıq sikkə seriyasının qarşısını almağı hədəfləyir.
Senatorlar bildiriblər ki, ABŞ-da monarxiya ənənəsi olmadığı üçün yaşayan prezidentlərin sikkələrdə yer alması düzgün deyil.
Qeyd edək ki, ABŞ tarixində belə təcrübə mövcud deyil.