“WhatsApp”da illərdir gözlənilən xüsusiyyət - Köhnə mesajları oxuya biləcəksiz
10 dekabr 2025 05:45 (UTC +04:00)

“WhatsApp”da illərdir gözlənilən xüsusiyyət - Köhnə mesajları oxuya biləcəksiz

0

Dünyanın ən populyar onlayn mesajlaşma platforması olan “WhatsApp”, istifadəçilər tərəfindən uzun müddətdir tələb olunan vacib bir xüsusiyyəti qrup söhbətlərinə inteqrasiya etməyə hazırlaşır.

Lent.az xəbər verir ki, Meta tərəfindən hazırlanan bu yenilik, qruplara daha sonra qoşulanların yaşadığı məlumat çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Yeni sistem sayəsində qrup administratorları yeni qoşulan üzvlərin köhnə mesajları görməsinə imkan verən bir seçimi aktivləşdirə biləcəklər.

Bu xüsusiyyət limitsiz giriş təmin etməyəcək və yeni üzvlər yalnız qrupa qoşulmazdan əvvəl son 24 saatdakı söhbətləri görə biləcəklər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar