Zaqatalanın icra başçısının  sürücüsü qəzada öldü
10 avqust 2026 00:30 (UTC +04:00)

Zaqatalanın icra başçısının sürücüsü qəzada öldü

1

Zaqatalada ağır yol qəzası olub. 

Lent.az xəbər verir ki, hadisə Zaqatala-Qax yolunun rayonun Muxax kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. 

"Opel" və "VAZ-2199" markalı avtomobillər toqquşub. 

Nəticədə "VAZ-2199"un sürücüsü Laçın Hacıyev hadisə yerində ölüb. 

Qəza nəticəsində bir neçə nəfərin də yaralandığı bildirilir. 

Əldə etdiyimiz məlumata görə, qəzada ölən şəxs Zaqatalanın icra başçısının sürücüsüdür. 

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 3541

Oxşar yazılar