“Streymur” – “Qarabağ” matçının yeri, başlama saatı və baş hakimi açıqlanıb
08 iyul 2011 11:06 (UTC +04:00)

“Streymur” – “Qarabağ” matçının yeri, başlama saatı və baş hakimi açıqlanıb

0
“Qarabağ” klubunun futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsində Farer adalarının “Streymur” komandası ilə keçirəcəyi ilk oyunun yeri, başlama saatı və baş hakimi müəyyənləşib. Lent.az-ın məlumatına görə, iyulun 14-də baş tutacaq qarşılaşma Torshavn şəhərindəki “Qundadalur” stadionunda oynanılacaq.

Matçın start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək. Oyunu uelsli referi Mark Stiven Uitbi idarə edəcək.

Qeyd edək ki, cavab görüşü iyulun 21-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Matç Bakı vaxtı ilə saat 21:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 622

Oxşar yazılar