Maykl Ceksonun qızı milyonluq miras  uğrunda məhkəməyə müraciət etdi
29 oktyabr 2026 21:43 (UTC +04:00)

Maykl Ceksonun qızı milyonluq miras uğrunda məhkəməyə müraciət etdi

0

 

Əfsanəvi amerikalı müğənni Maykl Ceksonun qızı Paris Cekson atasının mirasının idarə olunması ilə bağlı məhkəməyə yeni müraciət edib. O, mirasın idarəçilərindən birinə ödənilən haqqın azaldılmasını tələb edir.

Lent.az xəbər verir ki, bu barədə “Habertürk” məlumat yayıb.

28 yaşlı Paris Cekson Los-Anceles məhkəməsinə təqdim etdiyi müraciətdə mirasın idarəçilərindən Con Brankanı maliyyə sənədlərinin hazırlanmasında davamlı nöqsanlara yol verməkdə ittiham edib.

Paris Cekson Brankanın əyləncə sahəsindən əldə olunan ümumi gəlirdəki payının 15 faizdən 10 faizə endirilməsini istəyir. Onun sözlərinə görə, maliyyə hesabatlarının gecikdirilməsi və ya natamam təqdim olunması mirasın idarə edilməsində şəffaflıqla bağlı suallar yaradır.

Con Branka isə irəli sürülən iddiaları rədd edib. Mirasın idarəçiləri əvvəlki illərə aid hesabatların təqdim olunduğunu, bəzi sənədlərin təqdimetmə müddətinin isə hələ çatmadığını bildirirlər.

Məlumata görə, Paris Ceksonun 2024-cü ildə mirasdan əldə etdiyi gəlir vergi və hüquqi xərclər üçün ödənişlər də daxil olmaqla təxminən 6,3 milyon dollar təşkil edib.

Habertürk

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar