Cüdoçumuz Əbu-Dabi Böyük Dəbilqəsinin  qalibi   oldu
29 oktyabr 2026 19:41 (UTC +04:00)

Cüdoçumuz Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi oldu

0

Azərbaycan millisinin üzvü Balabəy Ağayev Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Böyük Dəbilqə turnirində qızıl medal qazanıb.

Apasport.az xəbər verir ki, cüdoçumuz final görüşündə Tacikistan təmsilçisi Loiq Kudbudinovu ipponla məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu, Azərbaycan millisinin Əbu-Dabi Böyük Dəbilqəsində ikinci qızıl medalıdır. Daha əvvəl Könül Əliyeva da turnirin qalibi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 160

Oxşar yazılar