Yevlaxda kişi cehizlərə görə  qudasını boğdu
29 oktyabr 2026 16:45 (UTC +04:00)

Yevlaxda kişi cehizlərə görə qudasını boğdu

0

Yevlaxda kişi qudasını döyüb.

Lent.az xəbər verir ki, hadisə Balçılı kəndində qeydə alınıb.

51 yaşlı Elbrus Qədimov (şərti adla) avtomobillə hərəkətdə olarkən küçədə oğlunun qayınatası Samiri (şərt ad) görüb. Qudalar arasında yaranan mübahisə sonra zorakılıqla nəticələnib. Faktla bağlı Elbrus Qədimov saxlanılaraq, barəsində müvafiq protokol tərtib olunub.

Elbrus bildirib ki, oğlu ilə gəlini arasında söz-söhbət yaranıb. Onun sözlərinə görə, Samir onu və oğlunu hədələyib. Elbrus təzyiq xəstəsi olduğunu, hadisəni əsəbi halda törətdiyini və əməlindən peşman olmasını deyib.

Zərərçəkən Samir isə bildirib ki, Elbrus ondan qızının cehizlərini aparmağı tələb edib. O isə “oğluna de qızımı göndərsin, mən də cehizləri gətirim” deyə cavab verib. Bundan sonra hər ikisi Elbrusun maşını ilə qəbiristanlıq yoluna gediblər. Burada nəqliyyat vasitəsindən düşəndən sonra Elbrus Samirin üzərinə gedərək, əvvəlcə yumruqla sifətinə vurub, sonra isə boğub.

Samir şikayətçi olduğunu deyərək, Elbrusa ağır cəza tələb edib.

Məhkəmənin qərarı ilə E. Qədimov 15 gün müddətinə inzibati qaydada həbs olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 328

Oxşar yazılar