Argentina millisinin baş məşqçisi istefadan qurtuldu
12 iyul 2011 15:40 (UTC +04:00)

Argentina millisinin baş məşqçisi istefadan qurtuldu

0
Futbol üzrə Argentina milli komandası Amerika Kubokunda ¼ finala yüksəlib. Lent.az-ın məlumatına görə, A qrupunun son oyununda Argentina Kosta-Rikanı darmadağın edib – 3:0.

Qollardan 2-ni Serxio Aquero, 1-ni isə Anxel Di Mariya vurub. Bu qələbə sayəsində xallarını 5-ə çatdıran baş məşqçi Serxio Batistanın komandası növbəti mərhələyə vəsiqə əldə edib. Qrupda birinci yeri 6 xalla Kolumbiya tutub. Kosta-Rika 3 xalla 3-cü, Boliviya 1 xalla 4-cü olub.

B qrupunda 2 turdan sonra Venesuelanın 4, Braziliya və Paraqvayın hərəyə 2, Ekvadorun 1 xalı, C qrupunda Çili və Perunun hərəyə 4, Uruqvayın 2, Meksikanın 0 xalı var. İyulun 13-ə keçən gecə Çili – Peru və Uruqvay – Meksika, bundan 1 gün sonra isə Paraqvay – Venesuela, Braziliya – Ekvador qarşılaşmaları oynanılacaq.

Argentinada təşkil olunan Amerika Kubokunun ¼ finalına qruplarda birinci və ikinci yerləri tutanlar, eləcə də ən yaxşı qrup üçüncüləri vəsiqə qazanırlar.

Qeyd edək ki, Argentina qalib gəlməsəydi, qrupda qalacaqdı və Serxio Batista istefaya göndəriləcəkdi.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 734

Oxşar yazılar