“Qarabağ” Farer adalarında oyun günü də məşq edəcək
13 iyul 2011 17:37 (UTC +04:00)

“Qarabağ” Farer adalarında oyun günü də məşq edəcək

0
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda Farer adalarının “Streymur” klubunun qonağı olacaq “Qarabağ” komandası bir sutkalıq yolçuluqdan sonra matçın keçiriləcəyi Torshavn şəhərinə çatıb. Lent.az-ın Ağdam klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, ağdamlılar dünən səhər saatlarında Bakı – İstanbul – Torshavn reysi ilə yola çıxıblar.

Artıq Farer adalarında olan Azərbaycan təmsilçisi iyulun 13-də ilk səfər məşqinə çıxıb. Yerli vaxtla saat 12:00-dan (Bakı vaxtı ilə saat 16:00) etibarən “Qarabağ” oyunun keçiriləcəyi “Qundadalur” stadionunda hazırlığa başlayıb. Amma bu, baş məşqçi Qurban Qurbanovun komandasının son məşqi olmayacaq. Sabah oyunqabağı yerli vaxtla saat 11:30-da da “Qarabağ” məşq edəcək.

Qeyd edək ki, “Streymur” – “Qarabağ” matçı iyulun 14-də saat 23:00-da başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 574

Oxşar yazılar