“Simurq” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim etdi
19 iyul 2011 14:44 (UTC +04:00)

“Simurq” klubu yeni baş məşqçisini ictimaiyyətə təqdim etdi

0
Lent.az-ın verdiyi məlumata görə, Sergey Yuran deyib ki, yeni klubu ilə 1 illik müqavilə bağlayıb. Baş məşqçi bildirib ki, qarşısına qoyulan məqsədlərə çata bilsə, müqavilənin müddəti uzadıla bilər. Klub rəhbərliyi Sergey Yuranın qarşısında ilk növbədə komandanı Premyer Liqada saxlamağı, daha sonra ilk altılığa düşməyi məqsəd qoyub.


Sergey Yuran köməkçilərini də müəyyənləşdirib. Baş məşqçinin köməkçilərindən biri hələ Qazaxıstanın “Lokomativ” klubunda birgə çalışdığı İqor Yuşşenko, digəri Yuri Yurandır. Yuri Yuran Sergey Yuranın böyük qardaşıdır. O, baş məşqçinin analitik məsələlər üzrə köməkçisi olacaq.

Elşən Məmmədov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 566

Oxşar yazılar