İki avarçəkənimiz dünya çempionatının yarımfinalında
22 iyul 2011 16:49 (UTC +04:00)

İki avarçəkənimiz dünya çempionatının yarımfinalında

0
Lent.az-ın məlumatına görə, bunlar ötənilki dünya çempionatının gümüş mükafatçısı Aleksandr Aleksandrov və yeganə qadın təmsilçimiz İskra Angelovadır.


Angelova 1 nəfərlik qayıqla seçmə mərhələ yürüşündə Litva, Ukrayna, İrlandiya, Hollandiya və Danimarka avarçəkənlərini geridə qoyub. Onun üstələdiyi rəqiblərdən biri ötənilki dünya çempionu Donata Vistartayte (Litva) olub. 2000 metr məsafəni 8 dəqiqə 8,90 saniyəyə qət edən Angelova elə Vistartayte ilə birgə birbaşa yarımfinal mərhələsinə yüksəlib. Bu isə o deməkdir ki, qadın avarçəkənimiz dünya çempionatında ilk 12 pillədəki yerini təmin edib.


Kişilərin mübarizəsində 1 nəfərlik qayıqla çıxış edən Aleksandrov ¼ finalda Georgi Bojilov (Bolqarıstan) və Rolandas Masçinskasdan (Litva) sonra finişə 3-cü çatıb. Hər üç avarçəkən ilk 12 pillə uğrunda mübarizəyə imkan verən əsas yarımfinala yüksəlib.


Daha 3 avarçəkənimiz - Kamal Məmmədov və Aleksandr Qlotov – Fuad Mirzəyev dueti isə mükafatlar uğrunda mübarizə şanslarını itiriblər. Onlar ən yaxşı halda 13-cü pilləyə iddia edə bilərlər.


Qeyd edək ki, Aleksandr Aleksandrov və İskra Angelova yarımfinala yürüşlərində iyulun 23-də çıxış edəcəklər. Dünya çempionatına iyulun 24-də yekun vurulacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 561

Oxşar yazılar