Berti Foqts: “Seçmə mərhələdə 10 xal toplamaq istəyirik”
0
0
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts avqustun 10-da Makedoniya yığması ilə oynayacaqları yoldaşlıq qarşılaşması öncəsi mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, almaniyalı mütəxəssis matç ərəfəsində təşkil olunan təlim-məşq toplantısında futbolçularımızın hazırlıq səviyyəsindən narazılığını ifadə edib.
“Mən daha yaxşı hazırlıq gözləyirdim. Amma yığma üzvləri gözlədiyimdən zəif təsir bağışladılar” deyən Foqts Avropa kuboklarında çıxış edən klublarımızın mübarizəni erkən dayandırmalarından təəssüfləndiyini söyləyib. Onun fikrincə, futbolçulara beynəlxalq oyun təcrübəsi gərəkli olduğu halda, AZAL, “Neftçi” və “Xəzər Lənkəran” elə ilk rəqiblə matçlarda, “Qarabağ” isə üçüncü mərhələdə uduzaraq çıxışlarını başa vurub. Baş məşqçi Unibank Premyer Liqasının ilk turunun bəzi qarşılaşmalarını da izlədiyini, lakin komandalarımızın sürətli yox, aşağı tempdə çıxış etdiklərini bildirib.
Foqts sentyabrın 2-də Belçika, bundan 4 gün sonra Qazaxıstanla evdə keçirəcəkləri 2012-ci il Avropa çempionatının seçmə qrup matçlarına hazırlıq baxımından Makedoniya ilə yoldaşlıq görüşünün önəmini qeyd edib: “Ötən il mayın 29-da Makedoniyaya 1:3 hesabı ilə uduzduğumuz yoldaşlıq görüşündə çoxlu səhv buraxmışdıq. Həmin gün sanki gənc komanda peşəkar kollektivə qarşı oynayırdı. Bu çatışmazlığı sabah aradan qaldırmalıyıq. İstəmirəm ki, yenə eyni səhvlər təkrarlansın. İlk dəqiqlərdən sürətli, aqressiv futbol nümayiş etdirib, rəqibə öz oyununu diktə etməyə imkan verməməliyik.
Bu oyun bizim üçün Bakıdakı növbəti seçmə oyunlar öncəsi çatışmazlıqlarımızı aradan qaldırmaq baxımından önəmlidir. Cari seçmə tsikldə 10 xal toplamaq istəyirik. Ona görə də Belçika və Qazaxıstanla qarşıdakı oyunlar bizim üçün xüsusi əhəmiyyətə malikdir”.
65 yaşlı mütəxəssis Rusiyanın “Volqa” klubunda çıxış edən Vaqif Cavadov və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedevi Makedoniya ilə oyuna çağırmamasının səbəbini də açıqlayıb. O bildirib ki, “Volqa”nın əsas heyətində möhkəmlənməsini istədiyindən, Cavadovu hələlik dəvət etməməyi məqsədəuyğun sayıb: “Bu təlim-məşq toplanışında bir çox futbolçular iştirak etmir. Vaqif Cavadov bir ildə üç klub dəyişir. Bu səbəbdən ona bir qədər vaxt verməli oldum. Medvedevin oyununda isə geriləmə gedir”.
Milliyə Almaniya “Frayburq”undan dəvət olunan Ufuk Budakı ikinci hissədə oyuna buraxmaq istədiyini deyən Foqtsun fikrincə, Elvin Məmmədovla Fabio Luis Raminin zədələrini bərpa etdikdən sonra özlərini göstərə bilərlər: “Elvin Məmmədova isə ilk dəqiqələrdən şans verəcəyəm. Onun hazırkı durumunu görmək istəyirəm. Ufuk Budaq da ikinci hissədə meydana daxil ola bilər. Ona əsasən müdafiənin sol cinahında yer verəcəyəm”.
Qeyd edək ki, Bakının Mərdəkan qəsəbəsindəki “Dalğa Arena”da keçiriləcək Azərbaycan – Makedoniya matçı saat 20:00-da başlanacaq.
Elşən MƏMMƏDOV