İngiltərə - Hollandiya matçı ləğv edildi
0
0
Lent.az-ın məlumatına görə, bu barədə İngiltərə Futbol Assosiasiyası ilə London polisi arasındakı məsləhətləşmələrdən sonra qərar çıxarılıb. Qərara İngiltərə paytaxtında üç gündür, davam edən çaxnaşmalar səbəb göstərilib. Yerli hüquq-mühafizə orqanları “Uembli”də keçirilməli olan oyuna lazımi sayda polis göndərmək imkanlarının olmadığını bildirib. Çünki onların çoxunun başı yeni çaxnaşmaların qarşısını almağa qarışacaq.
Qeyd edək ki, Londonda etiraz dalğası şəhərin şimalındakı Tottenhem rayonundan paytaxtın şimalı, şimal-şərqi və cənubuna yayılıb. Aksiyaçılar polislə atışmada yerli sakinin öldürülməsini narazılıqla qarşılayıblar. Toqquşmalar üzündən İngiltərə Liqa Kubokunda bu günə planlaşdırılan 3 matç təxirə salınıb.