Unibank Premyer Liqasında intizamsızlıq
0
0
Lent.az-ın məlumatına görə, bununla bağlı AFFA İntizam Komitəsi cəza tədbirləri görüb. “Sumqayıt Şəhər”lə matçın 90+2-ci dəqiqəsində “Xəzər Lənkəran” azarkeşləri tərəfindən meydançaya kənar əşya atılıb. Bu səbəbdən Lənkəran klubu 2000 manat cərimələnib.
Eyni hal “Kəpəz” – “Rəvan” matçının 59-cu və 78-ci dəqiqələrində təkrarlanıb. Ona görə də Gəncə təmsilçisi 2000 manat ziyana düşüb.
“Bakı” isə 1000 manat cəriməyə məruz qalıb. “Qəbələ” ilə matçda paytaxt komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün belə bir cəza tətbiq olunub.
“Simurq” – AZAL matçında hər iki komandanın futbolçusu qırmızı vərəqə alıb. 40-cı dəqiqədə AZAL-ın futbolçusu Viktor İqbekoyi “sonuncu ümid folu”na görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün ona 1 oyunluq cəza, klubuna 200 manat cərimə kəsilib. 67-ci dəqiqədə “Simurq”un oyunçusu Aleksandr Şemonayev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.
Qeyd edək ki, yalnız “İnter” – “Turan” matçı insidentsiz ötüşüb.