“Bakı”ya ürəyimlə bağlıyam”
0
0
Lent.az-ın məlumatına görə, bu fikirləri “Bakı”nın kosta-rikalı futbolçusu Uinston Parks klubun rəsmi saytına açıqlamasında deyib. 30 yaşlı hücumçunun fikrincə, komandada uyğunlaşma dövrü artıq sona çatıb. Parks bildirib ki, “Bakı”nın hər bir üzvündə qələbə ruhu olmalı, hər kəs top uğrunda sonadək mübarizə aparmalıdır: “Bundan əlavə, iki hücumçu ilə oynamaq bizim üçün bir qədər çətinlik yaradır”.
İlk turda səfərdə “Qəbələ” ilə qolsuz heç-heçə edən “Bakı” növbəti matçını avqustun 14-də Tofiq Bəhramov adına Respublika stadionunda “Simurq”a qarşı keçirəcək. Zaqatala təmsilçisi ilə qarşılaşmada mütləq qələbə qazanmalı olduqlarını deyən Parksın sözlərinə görə, bunun üçün meydançaya çıxıb, əllərindən gələni edəcəklər: “Rəqibdən çəkinmək lazım deyil. İnanıram ki, ilk ev oyumuzda hər mövqedə yaxşı oynayıb, qələbə qazanacağıq. Qol buraxsaq belə, bu, futboldur. Ruhdan düşməyib, mübarizə aparmalıyıq. Zənnimcə, komandamızda yaxşı futbolçular var və və onlar nəyə qadir olduqlarını göstərəcəklər”.
Daim iddialı klublarda forma geyindiyini xatırladan təcrübəli forvard “Bakı”nın da istisna olmadığını vurğulayıb. O, meydançaya yalnız qələbə üçün çıxdığını əlavə edib: “Formasını geyindiyim kluba ürəyimlə bağlıyam. “Bakı” azarkeşlərinə demək istərdim ki, səbirli olsunlar, öz oyunumla onların da sevgisini qazanacağam”.
Qeyd edək ki, Uinston Parks “Bakı”ya iyunun sonlarında “Xəzər Lənkəran”dan keçib.