1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir
02 may 2025 14:27 (UTC +04:00)

1 il əvvəl gəlmişdi, "Bavariya"dan gedir

"Bavariya"nın mərkəz müdafiəçisi Erik Dayer cari mövsümün sonunda klubu tərk edəcək.

Lent.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti açıqlayıb. Bildirilib ki, ingilis futbolçu karyerasını “Monako”da davam etdirəcək. 

31 yaşlı Dier keçən iyun ayında daimi əsasda "Bavariya"ya keçib. Bu mövsüm o, bütün turnirlərdə 25 oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib. Nüfuzlu “Transfermarkt” internet portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 8 milyon avrodur.

Bundesliqanın 31 turundan sonra 75 xal toplayan "Bavariya" turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1254

Oxşar yazılar