Abramoviç  hansı kluba   gizli pul ayırırmış?
30 mart 2023 14:37 (UTC +04:00)

Abramoviç hansı kluba gizli pul ayırırmış?

Rusiyalı oliqarx Roman Abramoviç Hollandiyanın Vites klubunu gizlicə maliyyələşdirib. 

Lent.az-ın məlumatına görə, bu barədə Britaniyalı jurnalistlərin araşdırmasında bildirilir. 

Məlum olub ki, Ofşor şirkətlər tərəfindən Vitesin hesabına 117 milyon avro pul köçürülüb. 

Qeyd edək ki, Niderland Futbol İttifaqı müxtəlif illərdə bir neçə dəfə araşdırma aparsa da, Abramoviçin Vitesə aidiyyəti olması barəsində bircə dəlil belə tapa bilməyib. 

# 1389
avatar

Sevinc Fərid

Oxşar yazılar