"Real Madrid"in müdafiəçisi Raul Asensio və klubun gənclər komandasının daha üç keçmiş oyunçusu 2023-cü ildə biri yetkinlik yaşına çatmayan olmaqla iki qızın intim xarakterli videolarının yayılması işi üzrə hakim qarşısına çıxacaqlar.
Lent.az bu barədə "AS" nəşrinə istinadla xəbər verir.
Prokurorluq şəxsi həyatın toxunulmazlığına qarşı cinayətdə ittiham olunan Asensio üçün iki il altı ay və bir gün həbs cəzası istəyib. Məhkəmə 22 yaşlı futbolçudan 15 min avro məbləğində zamin ödənilməsini qərar verib.
Qeyd olunub ki, Asensio qızların razılıq vermədiyi videonun çəkilişində iştirak etməyib, lakin onu dostuna göstərməyi xahiş edib. 18 yaşında olan qızlardan biri daha əvvəl "Real Madrid" oyunçusuna qarşı ittihamlarını geri götürmüşdü. İkinci qızın 16 yaşında olduğu bildirilir.
Prokurorluq digər üç müttəhim - Ferran Ruis, Xuan Rodriges və Andres Qarsiyanın hər biri üçün uşaq pornoqrafiyasını yaymaqda ittiham olunduqlarına görə dörd il yeddi ay həbs cəzası tələb edib.