Mark-Andre ter Steqen uzun illər “Barselona” nın əsas qapıçısı olub, lakin klubun indi onsuz bir mövsümə hazırlaşdığı bildirilir.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, əsas stavka Joan Qarsiya üzərindədir. Ter Steqen ayrılmaq istəmir, lakin klub onun zədəsindən və son əməliyyatdan istifadə edərək heyətdən çıxara bilər.
Problem La Liqanın qaydalarındadır: əgər qapıçı 4 aydan az vaxt buraxırsa (alman deyib ki, 3 aydan sonra qayıda bilər) və “Barselona” digər oyunçuların xətrinə maaşını qismən maaşdan silməyə çalışsa, 14,4 milyon avro cərimə oluna bilər. Bu birbaşa xərcləmə həddinə zərbə olacaq.