Erlinq Haaland ilk dəfə bu qız ilə münasibətindən  DANIŞDI
01 oktyabr 2025 18:56 (UTC +04:00)

Erlinq Haaland ilk dəfə bu qız ilə münasibətindən DANIŞDI

0

"Mançester Siti"nin ulduz hücumçusu Erlinq Haaland Norveçin NRK kanalının A-team proqramında ilk dəfə İzabel Yohansen ilə münasibətlərinin təfərrüatlarını açıqlayıb.

Lent.az-ın xarici KİV-ə istinadla xəbərinə görə, norveçli etiraf edib ki, tanışlıqları zaman ilk addımı Yohansen atıb: ilk olaraq ona mesaj göndərib. O zaman Haalandı hələ ictimaiyyət tanımırdı və öz ölkəsində “Bryune” klubu üçün oynayırdı.

Erlinq 2024-cü ilin dekabrında baş verən övladının doğumunda iştirak etdiyini də açıqlayıb. O, əvvəlcə futbol oynadığını, sonra xəstəxanaya gəlib "prosesi izləməyi" bacardığını bildirib.

Qeyd edək ki, cütlük uzun müddətdir görüşməsinə və hətta uşaq böyütməsinə baxmayaraq hələ də evli deyil. Haaland gələcəkdə mümkün toya işarə edərək, kabab məclisi təşkil etməyə hazır olacağını bildirib: "Toyda yəqin ki, yeyə biləcəyiniz ən yaxşı yeməyi istəyirsiniz, ona görə də asanlıqla kabab ola bilər".

Qeyd edək ki, Haaland bu mövsüm "Mançester Siti"nin heyətində 7 oyun keçirib, 9 qol vurub və bir məhsuldar ötürmə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar