Erlinq Haalanddan 21-ci əsrin dünya futbol rekordu
10 sentyabr 2025 15:19 (UTC +04:00)

Erlinq Haalanddan 21-ci əsrin dünya futbol rekordu

0

Norveç millisinin hücumçusu Erlinq Haaland 2026-ci il dünya çempionatının Avropa seçmə qrup mərhələsinin 6-cı turunun Moldova millisi ilə qarşılaşmasında (11:1) penta-trik edərək adını tarixə yazıb.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, o, bu əsrdə dünya çempionatının seçmə mərhələsində beş qol vuran ilk oyunçu olub. 

FİFA-nın mətbuat xidmətinin məlumatına görə, bu, həm də 1977-ci ildən bəri belə qarşılaşmalarda ilk beş qollu pentatlondur. 48 il əvvəl Avstriya-Malta oyununda Hans Krankl 5 qol vurub.

Bu oyundan sonra I qrupunun turnir cədvəlinə 15 xalla Norveç başçılıq edir. Norveç oktyabrın 11-də növbəti seçmə oyununda İsraili qəbul edəcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 386

Oxşar yazılar