“Fənərbaxça” Türkiyə kuboku  ilə vidalaşdı
22 aprel 2026 00:47 (UTC +04:00)

“Fənərbaxça” Türkiyə kuboku ilə vidalaşdı

0

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin oyunları start götürüb.

Apasport.az xəbər verir ki, mərhələnin ilk qarşılaşmasında "Konyaspor" və "Fənərbaxça" üz-üzə gəlib.

Görüşün əsas vaxtında hesab açılmayıb və matçda uzatma dəqiqələri oynanılıb.

Əlavə olunmuş vaxtın ikinci hissəsinin son dəqiqələrində "Fənərbaxça"nın qapısına penalti zərbəsi təyin olunub. "Konyaspor"un heyətində Yevtoviç həlledici məqamda dəqiq oynayıb: 1:0.

Matç bu hesabla da bitib və "fənər" kubokla vidalaşıb.

Beləliklə, bu qələbəylə adını yarımfinala yazdıran "Konyaspor" finala vəsiqə uğrunda "Beşiktaş" - "Alanyaspor" cütünün qalibiylə oynayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar