Gələn mövsüm "Real"a Poçettino  rəhbərlik edəcək
25 aprel 2026 19:44 (UTC +04:00)

Gələn mövsüm "Real"a Poçettino rəhbərlik edəcək

0

ABŞ millisinin baş məşqçisi Maurisio Poçettino növbəti mövsümdə Madrid “Real”ını çalışdıra bilər.

Lent.az xəbər verir ki, bu barədə COPE radiosunun jurnalisti Migel Anxel Dias məlumat yayıb.

“Belə təəssürat yaranıb ki, Maurisio Poçettino növbəti mövsümdə “Real Madrid”in baş məşqçisi olacaq. Düşünmürəm ki,”‘kral klubu” yeni baş məşqçinin adını açıqlamaq üçün çox gözləsin”, — deyə Dias bildirib.

Poçettino 2024-cü ilin sentyabrından ABŞ millisinin baş məşqçisidir. Argentinalı mütəxəssislə müqavilə 2026-cı ilin iyul ayının sonuna qədər qüvvədədir. 2026-cı ilin yanvarından isə Madrid “Real”ına Alvaro Arbeloa rəhbərlik edir. Onun klubla müqaviləsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 248

Oxşar yazılar