İnfantino yenidən FIFA prezidenti  olmaq istəyir
01 may 2026 04:10 (UTC +04:00)

İnfantino yenidən FIFA prezidenti olmaq istəyir

0

Beynəlxalq Futbol Federasiyasının (FİFA) prezidenti Canni İnfantino təşkilatın rəhbəri postuna növbəti seçkilərdə iştirak etmək niyyətindədir.

Lent.az xəbər verir ki, o, bu barədə Vankuverdə keçirilən FİFA konqresində bildirib.

“FİFA prezident seçkiləri dövrü bu gündən başlayır. Bu, mənim üçün böyük şərəfdir. Eyni zamanda, məsuliyyət hiss edirəm. Sizə demək istəyirəm ki, növbəti seçkilərdə namizədlərdən biri olacağam”, – deyə İnfantino bildirib.

56 yaşlı İnfantino 2016-cı ilin fevralında keçirilən növbədənkənar konqresdə FİFA prezidenti seçilib. O, bu vəzifədə korrupsiya qalmaqallarından sonra istefa verən isveçrəli Yozef Blatteri əvəz edib. 2019 və 2023-cü illərdə isə alternativsiz şəkildə yenidən seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 162

Oxşar yazılar