Klopp ən çox sevdiyi 10 superqəhrəmanı  seçdi
04 may 2026 11:54 (UTC +04:00)

Klopp ən çox sevdiyi 10 superqəhrəmanı seçdi

0

“Real” Yurgen Kloppun baş məqşçiliyini xəyal edərkən, alman supergüclərə malik insanlar haqqında düşünür. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, məşqçi ən sevdiyi superqəhrəmanlarını seçib.

Əfsanənin ən çox sevdiyi üçlüyü:

"Dəmir adam üçüncü yerdədir, mən onu çox bəyənirəm, filmlərinə yenidən baxdım. Robert Dauni aktyor kimi çox bəyənirəm. Mütləq üçüncü yerdədir. Betmen mənim ən sevdiyim qəhrəmanlardan biridir, onu ikinci yerə qoyardım. Supermen birinci yerdədir! O, mənim ilk sevdiyim superqəhrəmanım olub".

Klopp sonuncu yerdə və aşağı pillələrdə qərarlaşan qəhrəmanlardan üzr istəyib: "Cənab Fleş, üzr istəyirəm, sizi yaxşı tanımıram. Əminəm ki, çox sürətlisiniz, amma sizi yeddinci yerə qoyuram. Halk, üzr istəyirəm, onuncu yerdəsiniz. Heç kim sonuncu olmağa layiq deyil, amma kimsə bu yeri tutmalıdır".
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 168

Oxşar yazılar