Kriştiano Brunonun "Əl-Nəsr"ə keçməsini istəyir:  Danışıqları özü aparır
04 avqust 2025 09:49 (UTC +04:00)

Kriştiano Brunonun "Əl-Nəsr"ə keçməsini istəyir: Danışıqları özü aparır

Portuqaliyanın "A Bola" idman qəzeti Kriştiano Ronaldonun "Əl-Nəsr"ə Bruno Fernandeşi transfer etmək üçün danışıqlara başladığını iddia edir. 

Lent.az-ın xəbərinə görə, hücumçu portuqaliyalı komanda yoldaşını öz klubunda görmək istəyir və onu komandasını dəyişməyə razı salmağa çalışır.

Fernandesin transferində əsas “silah” Jorje Jezuşun “Mançester Yunayted”in kapitanının çox yaxşı münasibətdə olduğu “Əl-Nəsr”ə baş məşqçi təyin olunması ola bilər.

Jezuş da Brunonu komandada görmək istəyir. O, futbolçunun oyun istedadına heyrandır və ümid edir ki, Kriştiano portuqaliyalı yarımmüdafiəçiyə təsir edə biləcək.

Fernandeş əvvəllər illik 70 milyon avroluq müqaviləyə baxmayaraq, Yaxın Şərqə köçməkdən imtina etmişdi. Bu transfer “Mançester Yunayted”ə 120 milyon avro qazandıra bilərdi. Bununla belə, “Əl-Nəsr” hələ də futbolçunu almağa ümid edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 218

Oxşar yazılar