Markus Reşford "Barselona"nın Çempionlar Liqasında məğlubiyyətindən sonra balıq ovunda
03 oktyabr 2025 12:41 (UTC +04:00)

Markus Reşford "Barselona"nın Çempionlar Liqasında məğlubiyyətindən sonra balıq ovunda

0

27 yaşlı Markus Reşford yayda "Barselona"ya keçib və "Mançester Yunayted"in baş məşqçisi Ruben Amorimin gözündən düşdüyü üçün bu mövsümü icarə əsasında Kataloniyada keçirəcək.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, Reşford, ötən çərşənbə günü PSJ ilə Çempionlar Liqası oyununda əsas heyətdə meydana çıxıb. "Barselona" PSJ-yə 2:1 hesabı ilə uduzub.

Bu məğlubiyyətdən sonra Reşford dostları ilə balıq ovuna gedərək dincəlmək qərarına gəlib.

Futbolçu “Instagram”da balıq tutduğunu göstərən fotolar paylaşıb.

 


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 302

Oxşar yazılar