53 dollarlıq  gəlinlik   və... Hillari və Bill Klintonun  toyu   necə olub
12 oktyabr 2026 19:59 (UTC +04:00)

53 dollarlıq gəlinlik və... Hillari və Bill Klintonun toyu necə olub

0

Cütlüyün toyu 1975-ci il oktyabrın 11-də Arkanzasda baş tutub. 

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, gələcək həyat yoldaşlarının necə tanış olduqları və gəlinlik paltarının necə göründüyü - arxiv fotoşəkillərində Klintonların sevgi hekayəsi xatırladılır.

Hillari və Bill Klintonun sevgi hekayəsi ailələrinin ictimaiyyətə açıqlamasından çox əvvəl, 1971-ci ildə, Yel Universitetində hüquq təhsili alarkən başlayıb.


"Mən kitabxanada dərs oxuyurdum və Bill dəhlizdə dayanıb başqa bir tələblərlə ilə danışırdı. Onun mənə baxdığını gördüm. O, bunu xeyli müddətdir edirdi. Ona görə də masamdan qalxdım, ona yaxınlaşdım və dedim: "Əgər mənə baxmağa davam edirsənsə və mən də geri baxıramsa, görüşməliyik. Mən Hillari Rodemam". Vəssalam", - deyə o, Clinton House Museum üçün verdiyi müsahibədə xatırladıb.

Bir neçə gün sonra onlar ilk görüşlərinə gediblər. 1974-cü ildə Hillari gələcək ərinin yanında olmaq üçün Arkanzasa köçüb. Orada hər ikisi Arkanzas Universitetində hüquq dərsi veriblər. Hillari işgüzar səfərlərindən birində Bill onun üşün çox darıxıb və sevgilisindən o qədər uzaqda qalmaq istəməyib ki, onlara kiçik bir kottec alıb. Hillari qayıdanda deyib: "Mən onu aldım. İndi mənimlə evlənməlisən, çünki orada tək yaşaya bilmərəm. Ona görə də mənimlə evlənəcəksən".

Lakin Bill arzulanan "hə" cavabını almamışdan əvvəl Hillariyə üç dəfə evlilik təklifi etməli olub. O xatırlayır: "Əslində, o, mənə evlənməyi təklif edəndə iki dəfə rədd etdim. İlk dəfə İngiltərədə, hüquq məktəbini bitirdikdən sonra səyahətimiz zamanı olub. Hələ hazır olmadığım üçün "hə" deyə bilməyəcəyimi dedim. Təxminən bir il sonra yenidən soruşdu və mən yenə "yox" dedim. Sonra dedi ki, mən "hə" deməyə hazır olana qədər bir daha evlilik təklifi etməyəcək".

Məlumata görə, Bill dəbdəbəli bir toy arzusunda olub, Hillari isə nişan üzüyü belə istəməyib. Nəticədə cütlük bir kompromisə gəlib: Hillari Billin dostları ilə görüşdüyü bir nişan məclisi, sonradan kiçik bir toy mərasimi və böyük bir ziyafət təşkil ediblər. Onlar 1975-ci il oktyabrın 11-də evləniblər. Mərasim Billin əvvəlcədən aldığı kottecdə baş tutub.

Məlumata görə, Hillarinin toyundan əvvəlki gecə hazır paltarı olmayıb. Anası şoka düşüb və qızını Fayetteville ticarət mərkəzindəki Dillard's mağazasına aparıb. Orada Hillari, gördüyü ilk dizaynlardan biri olan “Jessica McClintock”dan 53 dollara krujevalı don alıb.

Mərasim yerli bir keşiş tərəfindən evin qonaq otağında keçirilib. Şənlik onların dostlarının evində baş tutub və Klintonlar bal ayını Meksikanın Akapulko şəhərində keçiriblər. 1980-ci il fevralın 27-də cütlüyün yeganə övladları, qızları Çelsi dünyaya gəlib.

Bu gün Hillari və Bill nənə və babadırlar, çünki qızları Çelsi əri Mark Mezvinski ilə üç uşaq böyüdürlər.

Picture background

 

Picture background

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 226

Oxşar yazılar