Mayk Tayson tarixin ən böyük boksçularının  adını çəkdi
04 avqust 2025 16:18 (UTC +04:00)

Mayk Tayson tarixin ən böyük boksçularının adını çəkdi

Beynəlxalq Boks şöhrət zalının 58 yaşlı üzvü, ağır çəkili boks üzrə keçmiş mütləq dünya çempionu, əfsanəvi amerikalı Mayk Tayson tarixin dörd ən böyük boksçusunun adını çəkib.

"Cek Dempsi, Sonni Liston, Məhəmməd Əli, Corc Forman", - Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Tayson vurğulayıb.

Dempsi 1913-cü ildən 1927-ci ilə qədər döyüşüb. Bu müddət ərzində o, 73 döyüş keçirib, 58-də qalib gəlib, 6-da məğlub olub. Qeyd edək ki, doqquz döyüş hakimlər tərəfindən heç-heçə elan edilib. O, 1919-1926-cı illərdə ağır çəkidə dünya çempionu olub.

Sonni Liston 1953-1970-ci illərdə peşəkar kimi döyüşüb. Onun rekordu 50 qələbə, 39-u nokautla, dördündə isə məğlub olub. O, 1962-1964-cü illərdə ağır çəkidə dünya çempionu olub.

Ümumilikdə Forman karyerası ərzində 81 döyüş keçirib, 76 (68 KO/TKO) qalib gəlib və beşində məğlub olub. Corc 1994-cü ildə 45 yaşında WBA və IBF dünya titullarını qazanaraq ağır çəkidə boks üzrə ən yaşlı dünya çempionu olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 316

Oxşar yazılar