Rövşən Nəcəf
02 aprel 2024 13:51 (UTC +04:00)

Rövşən Nəcəf

“Mən kral deyiləm...” - Rövşən Nəcəf

Xəbər verdiyimiz kimi, bu gün AFFA-nın yeni prezidenti seçilib. 

Lent.az xəbər verir ki, qurumun yeni rəhbəri AFFA-nın Növbəti Hesabat-Seçki Konfransında bəlli olub. Tədbirdə SOCAR-ın prezidenti Rövşən Nəcəf assosiasiyanın rəhbəri seçilib. O, AFFA-nın tarixində 4-cü prezidenti olub.

Seçimdən sonra AFFA-nın keçmiş prezidenti Rövnəq Abdullayev çıxış edib.

"Haqqınızı halal edin. Hər şeyə görə, təşəkkür edirəm. AFFA kollektivinə, futbol ailəsinə minnətdarlıq bildirirəm. Sağ olsunlar. Hamısı ürəkdən çalışdı. Şükür Allaha, bundan sonra futbola rahat baxa bilərəm. Neytrallıq məni bir az sıxırdı. Deyirdilər ki, milliyə azarkeşlik edə bilərsən, klublara yox. “Kral öldü”, yaşasın yeni kral" - Rövnəq Abdullayev qeyd edib.

Tədbirdən sonra jurnalistlərin suallarını cavablandıran Rövşən Nəcəf  "Bir çox idman növlərində federasiya prezidentləri işləri kiməsə həvalə edib, özləri kənara çəkilir. Siz necə edəcəksiz? Məsuliyyəti üzərinizə götürəcəksiz?" sualına belə cavab verib:

"Birincisi, mən kral deyiləm, özümü heç vaxt kral hesab etməmişəm. Futbol böyük ailədir. Burada futbolu sevən, inkişafı istəyən insanların birlikdə çalışması vacibdir. Böyük etimad göstərilib. Mənə də böyük etimaddır. Uşaqlıqda məhəllə futbolu oynayan, daha sonra peşəkar olmasa, tanışlarla daim futbol oyanayn insan kimi, futbol mənə çox yaxındır, sevdiyim idman növüdür. Bu etimadı doğrultmaqla şəxsi futbola sevgimin təcəssüm olunması kimi baxıram. Göstərilən etimadı doğrutlmaq istəyirəm. Amma həmkarlarla birlikdə olacağam. Bu, bir nəfərin işi deyil. Fəal olaraq işlərə cəlb olunacağam. Amma İK-dəki, AFFA-dakı həmkarlar, medianın dəstəyi lazım olacaq. Xoş günlər çox olsun, onları qeyd edək. Futboldur da, udursan da, uduzursan da. Uduzanda da səbəbləri araşdırıb həlli yolunda işlər görəcəyik. Bu etimadı doğrutlmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3324
avatar

Oxşar yazılar