Messi və Ronaldonun reytinqi  azarkeşləri şoka saldı
01 avqust 2025 10:15 (UTC +04:00)

Messi və Ronaldonun reytinqi azarkeşləri şoka saldı

Görünən odur ki, Lionel Messi və Kriştiano Ronaldonun FİFA reytinqində dominantlıq etdiyi dövr başa çatıb.

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, EA FC 26-nın yeni versiyasında əfsanələrin heç biri top siyahıya düşməyib.

“İnter Mayami” və Argentina millisinin 38 yaşlı ulduzu Messinin reytinqi 87, hazırda Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunda çıxış edən 40 yaşlı Ronaldonun reytinqi isə 85-dir.

Bu sıralamalar EA tərəfindən rəsmi olaraq təsdiqlənməsə də, bu xəbər artıq sosial mediada böyük səs-küyə səbəb olub.

Fanatlardan biri "Bizi yenə qarət etdilər. Messinin 87, Ronaldonun isə 85-i var. Vay" yazıb.

"Xeyr, bu dəlilikdir. Messi burger liqasında oynayır, Ronaldo isə 40 yaşında “Qızıl buts” uğrunda mübarizə aparır və Millətlər Liqasını qazanır", - başqa biri əlavə edib.

 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 689

Oxşar yazılar