Qətər şeyxi “Mançester Yunayted”i rekord məbləğə almaq istəyib.
Lent.az xarici mediaya istinadla bildirir ki, Qətər kral ailəsinə yaxın bir investor “qırmızı şeytanlar” üçün beş milyard funt-sterlinqdən (6,15 milyard dollar) çox pul təklif edəcək. Britaniyalı milyarder Cim Ratkliff də eyni məbləği ödəməyə hazırdır.
Tender bu gün, martın 22-də başa çatmalıdır.