Rus dilində danışan futbolçuya sarı vərəqə  verildi
19 avqust 2025 16:44 (UTC +04:00)

Rus dilində danışan futbolçuya sarı vərəqə verildi

Futbol üzrə Ukrayna çempionatında “Sisters” (Odessa) klubunun oyunçusu İrina Mayborodina rus dilindən istifadə etdiyi üçün cəzalandırılıb.

Lent.az xəbər verir ki, oyun 17 avqustda keçirilib və “Sisters”in “Kolos” (Kovalivka) üzərində 2:1 hesablı qələbəsi ilə başa çatıb. Oyunun 42-ci dəqiqəsində baş hakim Anastasija Romanyuk Mayborodinaya sarı vərəqə göstərib.

Hakimin fikrincə, 32 yaşlı futbolçu rus dilində ifadələr işlədərək qeyri-idman davranışı nümayiş etdirib.

Qeyd olunur ki, hakim Romanyuk futbolçuya, “Biz burada rus dilində danışmırıq, bu — Ukrayna çempionatıdır. Etiraz etdiyinə görə sarı vərəqə”, deyə irad bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 412

Oxşar yazılar