Bu gün UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilir.
Lent.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Sabah" Moldovanın "Petrokub"unu qəbul edib.
Qarşılaşma meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Təmsilçimiz ilk görüşdə 2:0 hesablı qələbə qazanıb.
Bununla da Azərbaycan Kubokunun son qalibi adını UEFA Konfrans Liqasının III təsnifat mərhələsinə yazdırıb.