Sadettin Saran “Fənərbaxça”nın yeni prezidentidir
21 sentyabr 2025 22:01 (UTC +04:00)

Sadettin Saran “Fənərbaxça”nın yeni prezidentidir

0

“Fənərbaxça” klubunda keçirilən növbədənkənar prezident seçkilərində səsvermə prosesi yekunlaşıb.

Apasport.az xəbər verir ki, səsvermə saat 11:00-da başlayıb və 18:00-da başa çatıb.

Müşahidə şurasının sədri Şekip Mosturoğlu, seçkilərdə ümumilikdə 24 min 800 nəfərin səs verdiyini açıqlayıb.

Səsvermə nəticəsində Sadettin Saran İstanbul klubunun yeni prezidenti olub.

Nəticələr

Açılan sandıq: 49/50

Ali Koç: 11853 səs

Sadettin Saran: 12084 səs

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 346

Oxşar yazılar