Suares yenidən cəzalandırıldı
09 sentyabr 2025 05:34 (UTC +04:00)

Suares yenidən cəzalandırıldı

0

"İnter Mayami"nin uruqvaylı hücumçusu Luis Suares "Sietl Saunders" klubunun əməkdaşına tüpürdüyü üçün MLS-də üç matçdan kənarlaşdırılıb.

Lent.az xəbər verir ki, bu barədə MLS-in rəsmi saytı məlumat yayıb.

Xatırladaq ki, hadisə "İnter"in 3:0 hesabı ilə uduzduğu Liqa Kubokunun final matçı bitdikdən sonra baş verib. Final fitindən sonra meydana qaçan hər iki komandanın futbolçuları ilə məşqçiləri və heyəti arasında kütləvi dava baş verib.

Bu zaman 38 yaşlı Suares "Sietl" işçilərindən biri ilə şifahi mübahisə etdikdən sonra onun üzünə tüpürüb. Futbolçu daha sonra etdiyi hərəkətə görə üzr istəyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 554

Oxşar yazılar