Kayla Simmons Floridadakı universitet komandasının kapitanı olub, ABŞ-ın yeniyetmələrdən ibarət komandasında oynayıb, sonra ikinci ən böyük Amerika universiteti olan Marşall Universitetinin voleybol komandasına keçib və sonra NCAA səviyyəsində (Amerikanın ən güclü kollec liqası) uğurla oynayıb.
Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, 28 yaşlı qız bu gün də voleybol həvəskarlarını sevindirə bilsə də, tənqidlərə görə idman karyerasını bitirmək məcburiyyətində qalıb: sosial şəbəkələrdə onun səmimi fotolarını heç də hamı bəyənməyib
"Mən həqiqətən bikini modeli olmağa can atmırdım. Bir az gənc olanda çimərliyə getməyi və şəkil çəkdirməyi xoşlayırdım", - o deyib.
Simmons idmançı ailəsində böyüyüb- atası Florida Universitetində beysbol oynayıb və babası “Pittsburq Payrets” pitçer olub.