Yamalın yeni sevgi romanı:  yenidən yaşlı bir qızla
06 avqust 2025 14:59 (UTC +04:00)

Yamalın yeni sevgi romanı: yenidən yaşlı bir qızla

Görünür, bu yaxınlarda 18 yaşı tamam olan Lamin Yamalın yeni ehtirası var. “Barselona”nın ulduzu argentinalı müğənni Nikki Nikolla ilə əlaqələndilir. 

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, futbolçu və 24 yaşlı müğənni Nikkinin də dəvət olunduğu Laminin ad günü şərəfinə təşkil olunan sensasiyalı məclisdən sonra birlikdə görüntülənib.

Yamal 29 yaşlı OnlyFans ulduzu Fati Vaskes ilə münasibət qurduqdan bir neçə həftə sonra o, sadəcə hər hansı bir qadına deyil, Argentinanın ən məşhur musiqi ulduzlarından biri olan başqa bir qadına keçdi.

İspan qeybət mütəxəssisi Xavi de Hoyos Yamal və Nikolun yeni romantikasının təfərrüatlarını açıqlayıb.  

“Bəli, bu barədə çox güvəndiyim, hər zaman mənimlə məlumat paylaşan bir qızdan eşitmişəm”.

"Bu qız mənə Lamin Yamalın ad günündə Niki ilə hələ görüşmədiyini, sadəcə flört olduğunu, lakin bir neçə həftə sonra, iyulun 24-də çimərlik klubuna getdiklərini və orada öpüşərək səhər saat dörddə birlikdə getdiklərini söylədi", - Hoyos deyib.

Xatırladırıq ki, Niki daha əvvəl "Çelsi"nin futbolçusu Enzo Fernandes sonradan barışdığı həyat yoldaşından ayrıldıqdan sonra onunla münasibətdə olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 522

Oxşar yazılar