"Yuventus" "Barselona"nın oyunçusuna "elçi düşdü"
20 aprel 2026 22:23 (UTC +04:00)

"Yuventus" "Barselona"nın oyunçusuna "elçi düşdü"

0

"Barselona"nın futbolçusu Runi Bardaqji komandanı tərk edə bilər.

Lent.az  "Mundo Deportivo" nəşrinə istinadən xəbər verir ki, isveçli ilə "Yuventus" yaxından maraqlanır.

Turin təmsilçisi vingeri icarəyə götürmək niyyətindədir. Həmçinin "Monako", "Porto" və "Betis" də onu heyətinə qatmaq niyyətindədir.

Qeyd edək ki, "Barselona" Runi bardaqjini 2025-ci ilin yayında "Kopenhagen"dən 2,5 milyon avroya transfer edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 239

Oxşar yazılar