Daşkəsəndə cins arı növləri yetişdiriləcək
0
0
Rayonda arıçılıqla bağlı damazlıq təsərrüfatlar yaradılacaq
Bu ildən Daşkəsəndə arıçılığın inkişafı üçün damazlıq təsərrüfatlar yaradılacaq. Bu barədə Lent.az-ın Gəncəbasar müxbirinə Daşkəsən rayon icra hakimiyyəti başçısının müavini Əliehsan Həsənli məlumat verib. Onun sözlərinə görə, təsərrüfatlarda arıçılar tərəfindən cins Qabaqtəpə boz arı növü yetişdiriləcək. “Əgər başqa arı növlərinin saxlandığı bir yeşikdən 5-10 kq bal götürülürsə, bu arıların saxlandığı yeşikdən 25 kq bal götürüləcək. Hazırda rayonda arıçılıq təsərrüfatlarının sayı yetərincədir. Cins arı növlərinin yetişdirilməsi isə bu sahəyə marağı daha da artıracaq. Təsərrüfatlarda tək arının balından deyil, südündən, şanından, çiçək tozundan və sair şeylərdən də istifadə olunacaq. Bundan başqa Daşkəsəndə arıçılıqla məşğul olmaq üçün lazım olan bütün ləvazimatların hazırlandığı sex işə salınacaq” - deyə, Ə.Həsənli qeyd edib.
Vüsalə Cənnətova

Oxşar yazılar

Bakı ICPC 2025: Kapital Bank qlobal proqramlaşdırma layihəsində iştirak edir
3 sentyabr 2025 , 17:10
ABB müştərilər üçün AniPay inteqrasiyalı yeni QR ödəniş həllini təqdim etdi!
3 sentyabr 2025 , 12:28
Umico Bonus Bir Bonus oldu!
3 sentyabr 2025 , 10:13
Azərbaycanda 10 mindən çox abonentin qazı kəsiləcək
3 sentyabr 2025 , 09:35
akart iki beynəlxalq mükafata layiq görüldü
2 sentyabr 2025 , 13:05
“Sürətli Şans” başladı: “Azərlotereya” ilə “Toyota Corolla” və pul mükafatları qazan!
2 sentyabr 2025 , 10:47
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
2 sentyabr 2025 , 09:50