Ən böyük hava limanlarından biri bataqlıq ərazidə  tikiləcək -VİDEO
20 may 2026 14:30 (UTC +04:00)

Ən böyük hava limanlarından biri bataqlıq ərazidə tikiləcək -VİDEO

0

Hindistan dünyanın ən sürətlə inkişaf edən aviasiya bazarlarından birinə malikdir və bu göstəriciyə görə yalnız Çin və ABŞ-dan geri qalır. Son on ildə ölkədə hava limanlarının sayı iki dəfə artıb. 

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Hindistanın maliyyə paytaxtı olan Mumbay şəhərində uzun illər ərzində yalnız bir böyük hava limanı fəaliyyət göstərib. Hindistan aviasiyasının sürətli inkişafını nəzərə alaraq, Mumbay üçün ikinci böyük hava limanının tikilməsi məntiqli görünürdü. Lakin bu ideyanın həyata keçirilməsi düşünüldüyündən daha çətin olub.

Yeni hava limanı üçün ərazi axtarışları on il davam edib, daha sonra isə torpaqların alınması üçün daha üç il sərf olunub. Nəticədə hakimiyyət orqanları şəhərin tarixi mərkəzindən 40 kilometr uzaqlıqda yerləşən Navi-Mumbay ərazisini seçiblər.

Gələcək hava limanının tam ortasında Ulve təpəsi yerləşirdi — 92 metr hündürlüyündə bütöv qayalıq massiv. Məkanı boşaltmaq və hava dəhlizlərini açmaq üçün təpə tamamilə dağıdılıb və yerlə bir edilib.

Hava limanının yüzlərlə hektar sahəsi lil qatlı dayazlıqlar və manqrov meşələri ilə örtülü bataqlıqlarda yerləşir.

Bu ərazilərin hamarlanması və möhkəmləndirilməsi lazım olub. Bunun üçün partlayış işlərindən əldə edilən daşlardan istifadə edilərək torpaq səviyyəsi təxminən altı metr qaldırılıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 231

Oxşar yazılar