"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü bu rayonda OLACAQ
27 mart 2023 15:35 (UTC +04:00)

"Azəriqaz"ın sahibkarlarla növbəti görüşü bu rayonda OLACAQ

SOCAR “Azəriqaz” İstehsalat Birliyi ölkədə sahibkarlığın inkişafı üçün üzərinə düşən vəzifələrin icrasına daim diqqətlə yanaşır.

Lent.az xəbər verir ki, SOCAR “Azəriqaz”ın “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla Ağdaş rayonunda görüşü təşkil olunacaq.

Aksiya Ağdaş şəhəri, Habil Əliyev adına musiqi məktəbində baş tutacaq. “Səyyar qəbul otağı” mart ayının 29-da saat 12:00-dan 13:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.

# 1188
avatar

Fidan İlqar

Oxşar yazılar