Bu il 3 azərbaycanlı Ermənistana turist kimi gedib
09 avqust 2022 10:46 (UTC +04:00)

Bu il 3 azərbaycanlı Ermənistana turist kimi gedib

2022-ci ilin yanvar-iyul aylarında Ermənistana 776 731 turist səfər edib. 

Lent.az xəbər verir ki, iqtisadçı-ekspert Natiq Cəfərlinin verdiyi məlumata görə, eyni dövrdə Azərbaycana 832 186 əcnəbi vətəndaş səfər edib. 

İlk 7 ayda Ermənistana gələn turistlərin sayında Rusiya 1-ci yerdədir (251 035 nəfər). 2-ci yerdə ABŞ (13 017 nəfər), 3-cü yerdə Almaniya (8 554 nəfər), 4-cü yerdə Fransa (7 687 nəfər), 5-ci yerdə isə Ukrayna (7 663 nəfər) gəlir. 

Eyni dövrdə Azərbaycana gələn qonaqların 25 %-i Rusiyadan, 23,8 %-i Türkiyədən, 13 %-i İrandan, 5,2 %-i Gürcüstandan, 4,6 %-i Səudiyyə Ərəbistanından gəlib.

İqtisadçı həmçinin maraqlı rəqəm açıqlayıb. Onun sözlərinə görə, 2022-ci ilin ilk 7 ayında Ermənistana 3 nəfər Azərbaycan vətəndaşı turist kimi səfər edib.

# 2430
avatar

Fidan İlqar

Oxşar yazılar