Seymur Məmişov və Elşən Xuduyev
26 noyabr 2025 14:07 (UTC +04:00)

Seymur Məmişov və Elşən Xuduyev

12 il əvvəl Rusiyada qadını boğub basdıranlar HAKİM QARŞISINDA

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə Seymur Məmişov və Elşən Xuduyevin cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə ilk olaraq təqsirləndirilənlərin anket məlumatlarını dəqiqləşdirib. Daha sonra məhkəmə istintaqına başlanılması elan olunub və dövlət ittihamçısı ittiham aktını təqdim edib.

Təqsirləndirilən şəxslər - S. Məmişov özünü qismən təqsirli bildiyini, E. Xuduyev isə təqsirli bilmədiyini deyiblər.

Məhkəmə təqsirləndirilənlərin dindirilməsi üçün növbəti prosesi 17 dekabr saat 14:30-a təyin edib.

Xatırladaq ki, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda istintaqla, 2013-cü il iyunun 25-də Azərbaycan Respublikası vətəndaşları Seymur Məmişov və Elxan Xuduyevin qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib törətdikləri ağır cinayəti gizlətmək məqsədilə əvvəllər tanıdıqları Rusiya Federasiyasının vətəndaşı Azaliya Asanovanı boğaraq öldürmələrinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında, cari il martın 5-də S.Məmişov və E.Xuduyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 120.2.1 (Azərbaycan Respublikasının vətəndaşları tərəfindən Azərbaycan Respublikasının hüdudlarından kənarda qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən adam öldürmə), 12.1, 120.2.6 (başqa cinayəti gizlətmək məqsədilə adam öldürmə) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında qeyd olunan şəxslər barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 54

Oxşar yazılar