Azərbaycanda qayınata kürəkəninə görə silaha əl atdı
03 fevral 2022 13:03 (UTC +04:00)

Azərbaycanda qayınata kürəkəninə görə silaha əl atdı

Neftçala sakininə odlu silahdan atəş açılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Araşdırmalarla müəyyən edilib ki, fevralın 1-i saat 19 radələrində T.Fətullayev idarə etdiyi avtomobilə sərnişin qismində əyləşmiş Xıllı qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Quliyevə verdiyi 40 manat borc pulu və gediş haqqını almaq üçün onun qayınatası, Ballıcallı kənd sakini N.Abbasovun yaşadığı evin həyətinə gəlib. Bu zaman N.Abbasov xuliqanlıq zəminində T.Fətullayevin istiqamətində tüfəngdən atəş açıb.

Xəsarət alan olmayıb.

E.Quliyev və N.Abbasov saxlanılıblar. N.Abbasovdan qanunsuz saxladığı “İJ-16” markalı tüfəng götürülüb.

Davam etdirilən tədbirlərlə E.Quliyevin yaşadığı evə baxış zamanı oradan heroin aşkar edilib.

# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar