Götürülən silah və narkotik
10 yanvar 2022 16:45 (UTC +04:00)

Götürülən silah və narkotik

Azərbaycanda silahlı narkotacir tutuldu - VİDEO

Abşeron rayon Polis İdarəsi Narkotiklərlə Mübarizə Bölməsi əməkdaşlarının  keçirdiyi əməliyyat zamanı üzərində qanunsuz odlu silah gəzdirən və narkotik vasitələr saxlayan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, əməliyyat zamanı əvvəllər dəfələrlə məhkum olunmuş, Masazır qəsəbəsində yaşayan Sərdar Talıbov tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd Naqan tipli tapança, 2 ədəd patron və narkotik maddə olan marixuana aşkar olunub.

Araşdırma zamanı bu şəxsin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün əvvəllər məhkum edildiyi məlum olub.

Faktla bağlı bağlı Abşeron rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. 

Abşeronda silahlı narkotacir tutuldu

# 1668
avatar

Mehman Nəbiyev

Oxşar yazılar