Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var
15 oktyabr 2026 21:19 (UTC +04:00)

Tovuzda iki avtomobil toqquşdu, xəsarət alanlar var

0

Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az APA-ya istinadən xəbər verir ki, hadisə Tovuz şəhərinin Heydər Əliyev prospektində qeydə alınıb.

Hərəkətdə olan VAZ-2106 və “Kia” markalı minik avtomobilləri toqquşub.

Qəza nəticəsində iki nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 266

Oxşar yazılar