Bakıda  QƏTL:   dostunu...
17 yanvar 2022 10:15 (UTC +04:00)

Bakıda QƏTL: dostunu...

Yanvarın 17-i saat 1 radələrində paytaxtın Əliyar Əliyev küçəsində 45 yaşlı İsa Əbdüləzimova xəsarətlər yetirilməsi və aldığı xəsarətlərdən xəstəxanaya aparılarkən yolda ölməsi barədə məlumat daxil olub.

Nərimanov rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, araşdırmalarla zərərçəkənin tanışı 48 yaşlı Şəmşad Əhmədovun şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla İsa Əbdüləzimova xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci   (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Şəmşad Əhmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

# 3171
avatar

Mehman Nəbiyev

Oxşar yazılar