Şəmkirdə əsgər Orxan Şabanovun ölümü ilə bağlı iki nəfər həbs olunub.
Lent.az "Oxu.az"a istinadən xəbər verir ki, hadisə ilə bağlı Dövlət Sərhəd Xidmətinin iki hərbi qulluqçusu şübhəli bilinib.
Onlar saxlanılaraq istintaqa təhvil veriliblər.
Faktla bağlı cinayət işi başlanılıb və saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.
***
15 oktyabr, saat 17:20
Azərbaycanda əsgər ölümü qeydə alınıb.
Lent.az "oxu.az"a istinadən xəbər verir ki, Orxan Şabanov güllə yarasından dünyasını dəyişib.
Hadisə Şəmkir rayonundakı "N" saylı hərbi hissədə baş verib. Hadisənin hansı şəraitdə baş verdiyi məlum deyil.
Hazırda hadisə ilə bağlı aidiyyəti qurumlar araşdırma aparır.
Həmçinin qeyd edək ki, Orxan Şabanov Teymur bəy Bayraməlibəyov adına Lənkəran şəhər 2 nömrəli tam orta məktəbin müəllimi Aynur Şabanovanın oğludur.
O, hərbi xidmətinin bir illik dövrünü başa vurub, orta təhsilli olub.